Anker bolt növü: L-U-J

Kabi Steel MMC

Şirkətimiz L, U və J formalı ANKER BOLT-ların istehsalı ilə yanaşı, müxtəlif ölçü və diametrlərdə tam saplı (STUD BOLT), bir tərəfli və iki tərəfli saplanmış THREADED ROD-ların (dişli çubuq) istehsalını həyata keçirir. Məhsullarımız həm metrik, həm də düym ölçülərində müxtəlif grəydlərdə təqdim olunur.

Bütün məhsullarımız DIN, ISO, EN, BS, ASTM, ANSI, BSW, JIS, AISI, GB və digər beynəlxalq standartlara tam uyğun olaraq polad sənayesi, avtomobil, tikinti, gəmiqayırma, enerji, qaz, neft və neft-kimya sektorlarında istifadə üçün nəzərdə tutulub.

Ticarət və satış şöbəsi

Satış və ticarət şöbəsi olaraq əsas məqsədimiz, müştərilərimizə yüksək keyfiyyətli məhsullar və ən yaxşı xidmətləri təqdim etməkdir. Bizim əsas prioritetimiz – müştərilərlə effektiv və davamlı münasibətlər qurmaq, onların ehtiyaclarını doğru başa düşmək və uyğun həll yolları təqdim etməkdir.

Peşəkar komandamız bazarı dərindən təhlil edir və müştəri tələblərini araşdıraraq bazara müxtəlif və keyfiyyətli məhsulları ən sərfəli qiymətlərlə çıxarır. Biz hər zaman müştərilərimiz üçün əlavə dəyər yaratmağa və onların alış təcrübəsini yaxşılaşdırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışırıq.

Təcrübə və biliklərimizə güvənərək, siz bu şöbənin təqdim etdiyi geniş məhsul və xidmətlərdən faydalana bilərsiniz.